Turizm Bürosu strategiyasında dəyişiklik edib

Turizm Bürosu strategiyasında dəyişiklik edib
  11 Mart 2020    Oxunub:1957
Azərbaycan Turizm Bürosu koronavirusun yaratdığı böhranla əlaqədar strategiyasında müəyyən dəyişikliklər edib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib. Onun sözlərinə görə, dəyişiklik cari ilin birinci yarımilliyində olan fəaliyyətlər üçün nəzərdə tutulub.

"Müxtəlif sərgilərdə iştirak etmək, müxtəlif tədbirlərin təşfiq olunması üçün təkliflər etmişik. Mütəmadi olaraq yerli sənaye nümayəndələri ilə görüşərək strategiyamıza müvafiq dəyişikliklər etməyə davam edirik. Bunun hansı formada edilməsinə gəlincə, məsələn, ötən həftə turizm şirkətləri, hotellər və agentliklərlə görüşmüşük və onların ilkin narazılığını eşitmişik. Bunun əsasında da müvafiq addımlar atırıq".

B.Əsgərov qeyd edib ki, ikinci məsələ olaraq müxtəlif layihələrdə rəqəmsallaşmaya keçilib: "Müəyyən layihələri rəqəmsal platforma üzərindən çatdırmağı planlaşdırırıq. Yaranmış vəziyyətdən narahat olmağa ehtiyac yoxdur. Bundan istifadə etmək lazımdır. Bir daha yenidən düşünək, vəziyyətə fokuslanaq və təklif etdiyimiz məhsulları daha da yaxşılaşdıraraq ki, vəziyyət yenidən normallaşanda insanların ağlında getmək olduqları ilkin destinasiya kimi ortaya çıxaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm  





Xəbər lenti