Berdiməhəmmədov Heydər Əliyevin məzarını ziyarət edib

  11 Mart 2020    Oxunub : 978
Berdiməhəmmədov Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov martın 11-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Azvision.az xəbər verir ki, ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüb.

Azvision.az

Teqlər: Berdiməhəmmədov   Heydər-Əliyev