“Natəvanın abidəsi bərpa ediləcək” - Vaterlo şəhərinin meri

   “Natəvanın abidəsi bərpa ediləcək” -    Vaterlo şəhərinin meri
  11 Mart 2020    Oxunub:2525
Vaterlo şəhərinin meri Florence Reuter Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilmiş vandalizmlə əlaqədar Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının və Benilüks Azərbaycanlıları Konqresinin ona ünvanladığı məktuba cavab yazıb.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, mer məktubda vəziyyətin nəzarət altında olduğunu, polis orqanlarının təhqiqata başladığını qeyd edib.

O bildirib ki, yazılı hesabat hazırlanıb, abidə bərpa ediləcək: "Hadisə ilə bağlı aidiyyəti qurumlar ciddi iş aparır".

Xatırladaq ki, Xurşidbanu Natəvanın abidəsi Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələri siyahısına daxildir.

Azvision.az


Teqlər: Natəvan   Abidə   Mer   Məktub  





Xəbər lenti