Şura elektron xidmətlərlə bağlı daha bir ilkə imza atır

Şura elektron xidmətlərlə bağlı daha bir ilkə imza atır
  11 Mart 2020    Oxunub:2058
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası qrant müsabiqəsinin qalibi olan QHT-lərlə müqaviləni ilk dəfə olaraq 2020-ci ildən etibarən canlı təmas olmadan ASAN və ya elektron imza vasitəsilə həyata keçirəcək.
Azvision.az xəbər verir ki, Şuranın qəbul etdiyi qərara uyğun olaraq layihə sənədlərinin (layihə, icra planı, xərclər smetası) razılaşdırılması prosesi SƏLİS-in e-növbə proqramı vasitəsilə aparılır, daha sonra tərəflər arasında müqavilə elektron qaydada imzalanır.

Qeyd edək ki, indiyədək qrant müsabiqələrində qalib olan QHT-lər müvafiq müqaviləni SƏLİS-in e-növbə proqamının vasitəsi ilə Şuranın ofisində imzalayırdı.

Azvision.az


Teqlər: QHT   Şurası  





Xəbər lenti