"Yanğınların baş verdiyi ərazi meşə sahəsi deyil" - ETSN rəsmisi

"Yanğınların baş verdiyi ərazi meşə sahəsi deyil" -  ETSN rəsmisi
  11 Mart 2020    Oxunub:2042
"Quba rayonunun Səbətlər, Bərqov, İspik və Yuxarı Tüləkəran kəndlərinin yaxınlıqlarında yanğınların baş verdiyi ərazi meşə sahəsi deyil, yerli əhaliyə məxsus pay torpaqlarıdır. Lakin meşəyə yaxın ərazilərdə baş verən yanğınların meşə sahəsinə keçmə ehtimalı olduqca böyükdür".
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.



Onun sözlərinə görə, dəfələrlə əkin və biçənək sahələrinə od vurulması səbəbindən yanğın meşə sahələrinə keçib:

“Fermerlərdən və kənd təsərrüfatı ilə məşğul olan bütün vətəndaşlardan tələb olunur ki, meşə yanğınlarına səbəb olacaq hallara yol verməsinlər”.

İ.İbrahimova qeyd edib ki, meşə sahələrində yanğına səbəb olan hərəkətlərə yol vermək cinayət məsuliyyəti yaradır.

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Yanğın  





Xəbər lenti