Avtomobildə gizlədilən siqaret, içki və aksesuarlar aşkarlandı

Avtomobildə gizlədilən siqaret, içki və aksesuarlar aşkarlandı
  11 Mart 2020    Oxunub:2354
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Mercedes Benz C180" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin yük yerində və salonunda 16 800 ədəd müxtəlif markalı siqaret, 8 ədəd 1 litrlik "Nemirovskaya" markalı spirtli içki, hər birində 10 ədəd olmaqla 27 qutu üzərində "Glass Products" yazılan telefon aksessuarları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.



Azvision.az


Teqlər: DGK   Gömrük  





Xəbər lenti