İtaliyadan qayıdan azərbaycanlı tələbələr karantinə alındı

 İtaliyadan qayıdan azərbaycanlı tələbələr karantinə alındı
  12 Mart 2020    Oxunub:6119
İtaliyada təhsil alan və ölkəyə qayıdan azərbaycanlı tələbələrin müayinəsinin həyata keçirilməsinin təşkilinə Təcili Tibbi Yardım xidmətinin ambulansları cəlb edilib.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) Azvision.az -a verilən məlumata görə, prosedur qaydalarına uyğun olaraq tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar.

Qeyd olunub ki, onların heç birində xəstəlik əlamətləri aşkarlanmayıb: "Karantinə yerləşdirilən şəxslərin müayinəsi davam etdirilir. Səhiyyə qurumlarımız xəstəliyin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması üçün bütün profilaktik tədbirləri həyata keçirməyə davam edəcəkdir".

Azvision.az


Teqlər: TƏBİB   Karantin   İtaliya  





Xəbər lenti