Vaşinqtonda fövqəladə vəziyyət elan edildi

   Vaşinqtonda fövqəladə vəziyyət elan edildi
  12 Mart 2020    Oxunub:2034
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində koronavirusun yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Azvision.az xəbər verir ki, bu barədə Vaşinqton meri Myuriel Bouzer bildirib.

Fövqəladə vəziyyət merə məcburi karantin tətbiq etmək və böhran dövründə qiymətləri qaldırmağa çalışan satıcıları mühakimə etmək imkanı verir.

Qeyd edək ki, indiyədək Vaşinqtonda 10 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.

Azvision.az


Teqlər: ABŞ   Vaşinqton  





Xəbər lenti