Milli Məclisin yaz sessiyasının işlər planı məlum oldu

  12 Mart 2020    Oxunub : 1558
 Milli Məclisin yaz sessiyasının işlər planı məlum oldu
Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işlər planı açıqlanıb.
Azvision.az xəbər verir ki, sessiyada yeni qanun layihələrinə baxılması da nəzərdə tutulur.

Qanunvericilik işlər planına "Daxili Qoşunlar haqqında”, “Lombardlar haqqında”, “Ali təhsil haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Turizm haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələri daxil edilib.

Həmçinin, Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə baxılması planlaşdırılır.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: MilliMəclis   Yazsessiyası