Milli Kitabxana bağlandı

Milli Kitabxana bağlandı
  12 Mart 2020    Oxunub:4886
Azərbaycan Milli Kitabxanası koronavirus təhlükəsi ilə əlaqədar ölkədə həyata keçirilən tədbirlər çərçivəsində oxuculara xidməti martın 11-dən etibarən müvəqqəti dayandırıb.
Azvision.az xəbər verir ki, bu barədə Milli Kitabxana məlumat yayıb.

Qeyd olunub ki, Milli Kitabxananın onlayn xidmətlərindən https://azvision.az/redirect.php?url=http://anl.az/new/az/attention/39 (Metodiki xidmət, Biblioqrafik sorğu, Sənədlərin sifarişi və elektron çatdırılması) istifadə etmək mümkün olacaq.

"Milli Kitabxananın əməkdaşları var qüvvəsi ilə çalışır. Xahiş edirik, Sizə lazım olan resursları əldə etmək üçün Milli Kitabxananın onlayn xidmətlərinə yazın. Ölkədə fəaliyyət göstərən digər kitabxanalar da istifadəçilərin sorğularını ödəmək üçün Milli Kitabxananın onlayn xidmətlərinə müraciət edə bilərlər", - deyə məlumatda vurğulanıb.

Azvision.az


Teqlər: Kitabxana   Bağlı  





Xəbər lenti