İranda qalan bəzi tələbələr niyə geri qayıtmır? - AÇIQLAMA

   İranda qalan bəzi tələbələr niyə geri qayıtmır? -    AÇIQLAMA
  12 Mart 2020    Oxunub:2852
Son illərdə İrana təhsil almaq üçün gedən azərbaycanlıların sayında azalma müşahidə edilir.

Azvision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "ASAN Radio"nun efirində deyib.
Onun sözlərinə görə Türkiyədə və digər ölkələrdə də dini təhsil alan azərbaycanlı tələbələr var: “Hazırda İlahiyyət İnstitutunda 77 tələbə təhsil alır. Burada Gürcüstan vətəndaşı olan azərbaycanlılar da təhsil alır. Növbəti illərdə Rusiya, Türkiyə vətəndaşı olan azərbaycanlıların təhsili üçün şərait yaradılacaq. İranda təhsil alan azərbaycanlı tələbələr xüsusi marşrutla ölkəyə gətirilib. İranda Azərbaycan vətəndaşı olan tələbərimiz qalıbsa, onlar artıq könüllü olaraq qalanlardır. Qayıtmayanlarla bağlı əlimizdə dəqiq statistika yoxdur. Yəqin, onların qalmağı oradakı hansısa səbəblə bağlı olub”.

M.Qurbanlının sözlərinə görə, strategiya odur ki, din sahəsində təhsil yalnız Azərbaycanda olsun: “Dünyada heç bir din radikal deyil. Dindən sui-istifadə edən qruplar olur. Onlar məqsədlərinə çatmaq üçün din içərisində təbliğat aparırlar. Din altında gizlənən radikal, ektremist qruplara qarşı mübarizənin ən gözəl yolu dini olduğu kimi insanlara çatdırmaqdır. Bu, bütün dinlərə aiddir. Azərbaycanda da biz geniş maarifləndirmə proqramı həyata keçiririk”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Mübariz-Qurbanlı   İran   Din  





Xəbər lenti