Şirvan sakini qardaşını bıçaqladı, atasını ödürdü

   Şirvan sakini qardaşını bıçaqladı, atasını ödürdü
  12 Mart 2020    Oxunub:4269
Daxili İşlər Nazirliyi (DİN) Şirvanda baş vermiş qətllə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, martın 11-də Şirvan şəhərində yaşayan Elşən Xanışovun evində ailə-məişət münaqişəsi zəminində qardaşı Elçinə bıçaqla xəsarət yetirməsi və onları sakitləşdirməyə cəhd göstərən atası Zeynalı itələdiyindən sonuncunun pilləkəndən yıxılaraq ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal Şirvan şəhər polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən E.Xanışov saxlanılıb. Şirvan şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: Şirvan  





Xəbər lenti