Qaradağda yol qəzası - Ölən var

Qaradağda yol qəzası -    Ölən var
  12 Mart 2020    Oxunub:1955
Qobustan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, martın 11-də saat 20 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini X.Seyfullayev idarə etdiyi “KamAZ” markalı avtomobili yolun kənarında dayanmış “QAZ-33022” markalı avtomobilə vurub, sonuncu avtomobil hərəkətə gəldiyindən onun qarşısında dayanmış sürücü, Bakı şəhər sakini Sərvər Tağıyevə dəyib. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən S.Tağıyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti