Elmira Axundova səfir təyin olundu - SƏRƏNCAM

Elmira Axundova səfir təyin olundu -  SƏRƏNCAM
  12 Mart 2020    Oxunub:9437
Azər Xudayar oğlu Xuduyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Azvision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Elmira Axundova Milli Məclisin sabiq deputatıdır.

Azvision.az


Teqlər: Səfir   Ukrayna  





Xəbər lenti