Azərbaycandan Çexiyaya yeni səfir təyinatı

  12 Mart 2020    Oxunub : 3464
 Azərbaycandan Çexiyaya yeni səfir təyinatı
Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.



Azvision.az

Teqlər: İlham-Əliyev   Prezident