Muzey və kitabxanalara giriş məhdudlaşdırıldı - RƏSMİ

   Muzey və kitabxanalara giriş məhdudlaşdırıldı -    RƏSMİ
  12 Mart 2020    Oxunub:2197
Martın 6-dan Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə koronavirus infeksiyasının mədəniyyət müəssisələrində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üzrə tədbirlər planı tətbiq edilib.
Bu barədə Azvision.az -a Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirib.

Şöbə müdirinin sözlərinə görə, Mədəniyyət Nazirliyinin tabeliyindəki bütün müəssisələrdə sanitar-gigiyena və profilaktik-dizenfeksiya işləri görülür:

“Qapalı ərazilərdə kütləvi tədbirlər təxirə salınır, xarici ezamiyyələrin məhdudlaşdırılması, maarifləndirmə və cari işlərin aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.

İ.Hümbətov qeyd edib ki, bu sahədə işlərin daha effektiv həyata keçirilməsi üçün bu gün növbəti əmr imzalanıb:

“Əmrlə Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzey və mərkəzi kitabxanalarda iş fəaliyyəti ilə bağlı qeyd olunan dəyişikliklərin həyata keçirilməsi və muzeylərə tamaşaçıların, kitabxanalara oxucuların gəlişi məhdudlaşdırılıb”.

Azvision.az


Teqlər: Kitabxana   Muzey  





Xəbər lenti