Ülvi Mehdiyev vətəndaşlarla görüşdü

Ülvi Mehdiyev vətəndaşlarla görüşdü
  12 Mart 2020    Oxunub:1781
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində qəbul Qaydalarına uyğun olaraq qurumun sədri Ülvi Mehdiyev vətəndaşların növbəti qəbulunu həyata keçirib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, qəbulda müraciətlər əsasən işlə təminedilmə ilə bağlı olub. Həmçinin müxtəlif ideya və təkliflər dinlənilib.

Müvafiq müraciətlər cavablandırılıb, həll edilməsi araşdırma tələb edən məsələlər ilə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Azvision.az


Teqlər: ASAN-Xidmət  





Xəbər lenti