Dumanlı hava martın 15-dək davam edəcək

 Dumanlı hava martın 15-dək davam edəcək
  12 Mart 2020    Oxunub:2200
“Bu gün axşam saatlarından başlayaraq respublika ərazisində meteoroloji şəraitlə (dərin inversiya qatı və nisbi rütubətin artması) bağlı olaraq yenidən Bakı və Abşeron yarımadasında duman müşahidə olunur”.
Azvision.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin hidroloqu Asif Verdiyev məlumat verib.

ETSN rəsmisi bildirib ki, havanın durğun keçməsi ilə eyni zamanda tozun miqdarı da bəzi ərazilərdə normandan bir qədər artıqdır. Onun sözlərinə görə, dumanlı hava şəraitinin mart ayının 15-i günorta saatlarına kimi davam edəcəyi gözlənilir.

Azvision.az


Teqlər: ETSN   Hava   Duman  





Xəbər lenti