Ərdoğanın xarici ölkələrə səfərləri təxirə salındı

  12 Mart 2020    Oxunub : 1109
 Ərdoğanın xarici ölkələrə səfərləri təxirə salındı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın koronavirusla əlaqədar xarici ölkələrə səfərləri təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının mətbuat katibi İbrahim Kalın yerli mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, xarici səfərlər ləğv olunsa da, Türkiyə lideri martın 17-də İstanbulda Almaniya və Fransa prezidentləri ilə görüş keçirəcək.

Azvision.az

Teqlər: Ərdoğan