Deputat əmanətlərlə bağlı təklif irəli sürdü

 Deputat əmanətlərlə bağlı təklif irəli sürdü
  13 Mart 2020    Oxunub:1766
Milli Məclisin bu gün keçirilən plenar iclasında əmanətlərin sığortlanması müddətinin 3 il artırılması təklif olunub.
Azvision.az xəbər verir ki, belə bir təkliflə deputat Vahid Əhmədov çıxış edib.

O bildirib ki, əmanətlərin tam sığortalanması müddətinin 9 ay uzadılması insanlarda müəyyən çaşqınlıq yaradacaq. Belə ki, onlar öz əmanətlərini geri çəkəcəklər. Bu səbəbdən deputat müddətin 3 il artırılmasını məqsədəuyğun hesab edir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Vahid-Əhmədov   Milli-Məclis  





Xəbər lenti