Cümə namazını evdə qılın! - Müsəlmanlara çağırış

Cümə namazını evdə qılın! -  Müsəlmanlara çağırış
  13 Mart 2020    Oxunub:2523
Koronavirusun aşkar edildiyi ölkələrdə yaşayan və yüksək risk qrupunda olan müsəlmanlar cümə namazı əvəzinə evdə namaz qıla bilərlər.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Dini İşlər İdarəsinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, koronavirusa yoluxanların və ya şübhəli bilinənlərin cümə namazına, insanların toplandığı yerlərə getmələri düzgün deyil. İndiki durumda müsəlmanlar cümə namazı əvəzinə evdə günorta namazı qılmalıdırlar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Namaz   Məscid  





Xəbər lenti