Ermənistan sərhəddə yenidən təxribat törətdi

 Ermənistan sərhəddə yenidən təxribat törətdi
  13 Mart 2020    Oxunub:3327
Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərə­finin təx­ribatları davam edir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Azvision.az-a verilən məlumata görə, martın 13-də saat 11:45 radələrindən başlamaqla Qazax ra­yo­nunun Abbasbəyli kəndində yaşayış evləri və mülki nəqliyyat vasitə­ləri Ermənistanın İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub.

Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.

Azvision.az


Teqlər: DSX   Qazax   Sərhəd   Təxribat  





Xəbər lenti