Bakıda silahlı şəxs saxlanıldı - FOTO
Daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş paytaxt sakini Ağamehdi İslamov Nəsimi rayonu ərazisində tutulub.
Bölmədə onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd "Makarov” markalı atəşə yararlı tapança, 7 ədəd həmin silaha məxsus patron və daraq aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu etiraf edib.
Faktla bağlı 21-ci PB-də toplanan materiallar araşdırlması üçün Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Azvision.az
Teqlər: DİN