İşğal edilmiş ərazilərimizlə bağlı qanun qəbul edilsin! - TƏKLİF

  13 Mart 2020    Oxunub : 1175
 İşğal edilmiş ərazilərimizlə bağlı qanun qəbul edilsin! - TƏKLİF
“Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsinin qəbul edilməsinə ehtiyac var.
Azvision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, əraziləri işğal edilən bir çox dövlətlər var ki, belə qanunu qəbul ediblər: "Azərbaycanda bu qanunun qəbul edilməsinə çox böyük ehtiyac var".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis   Qanun