YAP-ın xüsusi iclası keçirildi

  13 Mart 2020    Oxunub : 6569
 YAP-ın xüsusi iclası keçirildi
Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi iclası keçirilib.
Azvision.az xəbər verir ki, YAP-ın qərargahında baş tutan iclasda partiyanın rəhbər şəxsləri və Milli Məclisdə təmsil olunan üzvləri iştirak ediblər.

Mətbuata qapalı keçirilən tədbirdə YAP-çı deputatlara Milli Məclisdə aktiv olmaları barədə tapşırıq və tövsiyələr verilib. Bundan əlavə, partiyadaxili məsələlər müzakirə olunub.

İclas bir saat davam edib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: YAP