ABŞ-ın 46 ştatında koronavirus yayılıb

  ABŞ-ın 46 ştatında koronavirus yayılıb
  13 Mart 2020    Oxunub:2164
ABŞ-da koronavirusa yoluxanların və ölənlərin sayı artıb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, virusa yoluxma halı ABŞ-ın 46 ştatında qeydə alınıb, 1660 nəfərdə xəstəliyin olduğu təsdiqlənib. İndiyədək Amerikada 41 nəfər koronavirusdan dünyasını dəyişib.
Koronavirusa yoluxma halı ən çox paytaxt Vaşinqtonda qeydə alınıb. Bu şəhərdə 420 nəfərin virusa yoluxduğu və 31 nəfərin öldüyü bildirilib.

Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti