Bulvarda intihar edən tələbənin axtarışları davam edir - RƏSMİ

 Bulvarda intihar edən tələbənin axtarışları davam edir -  RƏSMİ
  14 Mart 2020    Oxunub:2521
Bakı bulvarında özünü dənizə ataraq intihar edən Nəzakət Rzazadənin axtarışları davam etdirilir.

Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.
Onun sözlərinə görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarış aparılır.

Qeyd edək ki, fevralın 25-də Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı özünü bulvarda dənizə ataraq intihar edib. Azərbaycan Tibb Universitetinin tələbəsi olan gənc qızın sevdiyi oğlana görə intihar etdiyi bildirilir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Dəniz   FHN  





Xəbər lenti