İsrail koronavirusu dərhal aşkarlayan cihaz hazırladı - VİDEO

 İsrail koronavirusu dərhal aşkarlayan cihaz hazırladı -    VİDEO
  13 Mart 2020    Oxunub:6271
İsrailin startup şirkəti olan “RADLogics” kompüter tomoqrafiya (KT) görüntülərinin təhlili əsasında koronavirusun (COVID-19) anında aşkarlanması üçün avtomatlaşdırılmış platformanın hazırlandığını elan edib.
Azvision.az xəbər verir ki, bu barədə “IT Business Week” nəşri məlumat yayıb.

Məlumata görə, platforma süni intellektə əsaslanır. Diaqnozdan əlavə nəticəni yüksək dəqiqliklə təyin edir və xəstəliyin necə getdiyini izləməyə imkan verir.

Tədqiqatlar Çin və ABŞ-dan olan 157 xəstənin məlumatları əsasında aparılıb. 400 görüntünü təhlil etmək üçün platformaya 30 saniyə vaxt lazım olub.



Azvision.az


Teqlər: İsrail  





Xəbər lenti