Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

 Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
  13 Mart 2020    Oxunub:4591
Hazırda Azərbaycanda rəsmi qeydiyyata alınmış, koronavirus faktı təsdiqlənmiş 19 xəstə var. Onlardan 3 nəfəri tam sağalaraq evə buraxılıb.
Azvision.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, virus aşkar olunan hallar epidemioloji əlaqəli hadisələrdir: "Yəni, həmin xəstələr ya İran, ya da İtaliyada səfərdə olublar. Onların virusa yoluxması karantində olduqları zaman aşkar edilib".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   TƏBİB  





Xəbər lenti