Koronavirusdan sağalan insanlarda immunitet yaranır

   Koronavirusdan sağalan insanlarda immunitet yaranır
  13 Mart 2020    Oxunub:2171
"Koronavirusa qarşı test dəstləri regiondakı ölkələrə çatdırılıb. Onlardan milli referans laboratoriyalarında istifadə olunmaqdadır".

Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi, missiyanın rəhbəri Karolin Braun deyib.
Pandemiyanın yay aylarında səngiyəcəyi ilə bağlı fikirlərə münasibət bildirən K.Braun qeyd eidb ki, ölkələrdə, xüsusilə Çində pandemiya azalmaqdadır.

"Çin yeni xəstəlik hallarının aşkarlanması ilə bağlı tədbirlərini davam etdirir. Bu alovlanmanın yayda özünü necə aparacağı ilə bağlı proqnozları vermək çətindir. Amma yaxşı olar ki, qarşısının alınması ilə bağlı tədbirlər görülsün. Koronavirusun aşkarlanması üçün istifadə olunan testlər ekspress testlər deyil ki, onları apteklərdən ala bilsinlər. Bu yeni xəstəlik olduğu üçün xüsusi laborator şəraitdə test etmək lazımdır. Hazırda ekspress testlərin hazırlanması ilə bağlı işlər aparılır və müəyyən müddətdən sonra mövcud ola bilər. Xəstəlikdən sağalan insanlarda immunitet yaranır. Lakin nə qədər davam edəcəyi araşdırılır".

Aytən Zəhra
Azvision.az


Teqlər: ÜST   Nümayəndə  





Xəbər lenti