Virusdan ölən şəxslər fərqli qaydada dəfn olunmur - RƏSMİ

 Virusdan ölən şəxslər fərqli qaydada dəfn olunmur -    RƏSMİ
  13 Mart 2020    Oxunub:4268
Koronavirusdan vəfat edən şəxsin dəfn olunması ilə bağlı xüsusi tələblər yoxdur.

Azvision.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, dünyasını dəyişən şəxslər ölkələrinin adətlərinə görə dəfn olunmalıdır: "TƏBİB koronavirusla bağlı xəstəxanalara təlimat kitabçası göndərib və orada dəfn olunmaqla bağlı xüsusi tələblər yoxdur. Bu virus hava-damcı yolu ilə yayılır. Virusdan ölən şəxslər fərqli qaydada dəfn olunmur və bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının da hər hansı tövsiyəsi yoxdur".

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti