Operativ qərargahda koronavirusla bağlı müşavirə keçirildi
Nazirlər Kabinetinin müşavirəsində təcili, təxirəsalınmaz və icrası məcburi olan bir sıra qərarlar qəbul edilib. Qəbul olunmuş qərarlar əsasında aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. COVID-19 virusunun daha geniş yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz profilaktik tədbirlər davam etdirilir.
Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyinin təmin olunması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq bütün öhdəlikləri yerinə yetirir.
Azvision.az
Teqlər: Nazirlər-Kabineti Qərargah