ABŞ-da fövqəladə vəziyyət elan edildi

   ABŞ-da fövqəladə vəziyyət elan edildi
  14 Mart 2020    Oxunub:2119
Koronavirusun geniş yayılması ilə əlaqədar ABŞ-da fövqəladə vəziyyət elan edilib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bununla bağlı qərar qəbul edib.

“Mən rəsmi şəkildə fövqəladə vəziyyət rejimi tətbiq edirəm”, - deyə Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.

ABŞ Prezidenti, həmçinin koronavirusla mübarizəyə 50 milyon dollar ayırdığını qeyd edib.

Azvision.az



Teqlər: ABŞ   Tramp  





Xəbər lenti