Bakıdan Tbilisiyə uçuşlar dayandırıldı

   Bakıdan Tbilisiyə uçuşlar dayandırıldı
  14 Mart 2020    Oxunub:2346
Gürcüstan və Azərbaycan arasında hava əlaqəsinin bağlanması ilə əlaqədar “Buta Airways” aviaşirkəti 14 mart tarixindən etibarən Bakı-Tbilisi-Bakı istiqaməti üzrə reysləri dayandırıb.

Azvision.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb. Bildirilib ki, qərar martın 24-dək qüvvədə olacaq.
Qeyd olunub ki, həmin vaxt üçün aviabilet almış sərnişinlər uçuş tarixlərini dəyişdirə və ya aviabiletləri əldə etdikləri yerdə cəriməsiz qaytara bilərlər.

Azvision.az


Teqlər:





Xəbər lenti