Paşinyan və xanımı karantinə alındı

  14 Mart 2020    Oxunub : 3175
 Paşinyan və xanımı karantinə alındı
Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Hakobyan koronavirus şübhəsilə karantinə alınıblar.

Azvision.az xəbər verir ki, bu barədə Paşinyan "Facebook" səhifəsində məlumat yayıb. Hazırda Sevandakı iqamətgahında olduğunu deyən Paşinyan bu gün koronavirus yoxlanışından keçəcəyini bildirib.
Qeyd edilib ki, Anna Hakobyan ötən həftə Braziliya Prezidentinin xanımı ilə görüşüb. Bu səbəbdən Paşinyan və xanımı özlərini bir müddət insanlardan təcrid ediblər.

Azvision.az

Teqlər: Paşinyan   Koronavirus   Karantin