Tanınmış idmançının xalası koronavirusdan öldü - FOTO

  14 Mart 2020    Oxunub : 2372
Tanınmış idmançının xalası koronavirusdan öldü - FOTO
UFC çempionu, irlandiyalı döyüşçü Konor Makqreqorun xalası koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bu barədə idmançının özü “İnstagram” səhifəsində paylaşım edib. İzləyiciləri ilə kədərini bölüşən döyüşçü qeyd edib ki, xalası Annanın ölümü barədə Dublində efirə çıxmağa hazırlaşarkən məlumat alıb.

“Efirə çıxa bilmədim. Yazıq xalam. Anamın bacısı. Bu axmaq bir virusdur”, - deyə tanınmış idmançı yazıb.

Makqreqor insanları gigiyena qaydalarına əməl etməyə, həmçinin əllə görüşməkdən çəkinməyə çağırıb.



Pərvanə Sultanova
Azvision.az

Teqlər: KonorMakqreqor   Koronavirus