“İçərişəhər”də muzeylərin fəaliyyəti dayandırıldı

  14 Mart 2020    Oxunub : 1665
“İçərişəhər”də muzeylərin fəaliyyəti dayandırıldı
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindəki muzeylərin fəaliyyəyi dayandırılıb.
Bu barədə Azvision.az -a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, COVİD-19 (koronavirus) virusuna qarşı ölkəmizdə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın 13 mart tarixli bəzi izolyasiya tədbirləri barədə göstərişlərinə əsasən İçərişəhərdə yerləşən İdarənin strukturuna daxil olan bütün muzeylərin fəaliyyəti 14 mart tarixindən müvəqqəti olaraq dayandırılır.

Azvision.az

Teqlər: İçərişəhər   Muzey