Valideynlərini itirənlərin magistratura xərclərini dövlət ödəyəcək

 Valideynlərini itirənlərin magistratura xərclərini dövlət ödəyəcək
  14 Mart 2020    Oxunub:3067
Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların magistratura xərclərinin dövlət ödəyəcək.
Azvision.az xəbər verir ki, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik edilir.

Belə ki, qanunun 14-cü maddəsinə (Təhsil müəssisələri) təklif olunan dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Qeyd edək ki, layihə Milli Məclisin Elm və təhsil komitəsinin martın 16-da keçiriləcək iclasında müzakirə olunacaq.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Təhsil   Komitə   MilliMəclis  





Xəbər lenti