Oğurluğa görə tutuldu, başqa cinayətləri də üzə çıxdı

  14 Mart 2020    Oxunub : 1020
Oğurluğa görə tutuldu, başqa cinayətləri də üzə çıxdı
Binəqədidə oğurluq edən şəxs saxlanılıb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş Ə.Kazımovun ətrafında Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 2 avtomobildən pul, mobil telefon, maqnitofon və səsgücləndirici oğurlaması da müəyyən edilib.

Azvision.az

Teqlər: Bakı   Oğurluq