Üç maddə ilə axtarışda olan şəxs narkotiklə tutuldu

Üç maddə ilə axtarışda olan şəxs narkotiklə tutuldu
  14 Mart 2020    Oxunub:1437
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Quliyev saxlanılıb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, şəxsi axtarış zamanı ondan 123 qramdan artıq tiryək, 75 qrama yaxın həşiş, 14 qrama yaxın heroin, 18 qrama yaxın metamfetamin, həmçinin metadon həbləri və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun Cinayət Məcəlləsinin 206, 234 və 240-cı maddələri ilə axtarışda olması da müəyyən edilib.

Azvision.az


Teqlər: Narkotik   Cinayət   DİN  





Xəbər lenti