Paytaxtda oğurluq edən şəxs tutuldu

Paytaxtda oğurluq edən şəxs tutuldu
  14 Mart 2020    Oxunub:1287
Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki ofislərin birindən 2157 manat pul oğurlamaqda şübhəli bilinən A.Həsənov saxlanılıb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, ətrafında aparılmış tədbirlərlə onun gözəllik salonlarının birindən 1220 manat, bir mağazadan isə 100 manat pul və 300 manat dəyərində mobil telefon oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: Oğurluq   Paytaxt  





Xəbər lenti