Azərbaycan ərazisinin rəqəmsal xəritə bazası yaradılır

Azərbaycan ərazisinin rəqəmsal xəritə bazası yaradılır
  14 Mart 2020    Oxunub:1948
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan ərazisinin rəqəmsal xəritə bazası yaradılır.
İnstitutdan Azvision.az -a verilən məlumata görə, ilkin mərhələdə Lənkəran-Astara regionunun rəqəmsal xəritə bazasının yaradılması nəzərdə tutulur. Kartoqrafik işlərin icrası zamanı tədqiqat rayonunu əhatə edən topoqrafik xəritələr işlənib, mövcud coğrafi obyektlərin siyahısı hazırlanıb. Daha sonra iqtisadi rayon üzrə vahid Coğrafi İnformasiya Sistemi yaradılıb və siyahı üzrə bütün komponentlər xüsusiyyətlərinə görə ayrılaraq məlumat bazasına daxil edilib. Toplanmış məlumatlardan istifadə etməklə ayrı-ayrı komponentlər üzrə rəqəmsallaşdırma işləri həyata keçirilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Azvision.az


Teqlər: AMEA   Xəritə   Baza  





Xəbər lenti