Bakıda kafe və restoranlarda reydlər keçirilir

  14 Mart 2020    Oxunub : 1987
Bakıda kafe və restoranlarda reydlər keçirilir
Nazirlər Kabinetinin yanında operativ qərargahın tövsiyələrinə uyğun olaraq, Bakı Şəhər Ticarət və Xidmət Departamenti rayon polis idarələri ilə birgə paytaxtın ictimai iaşə obyektlərində, kafe və restoranlarında qəlyan çəkilməsinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər və reydlər təşkil edir.
Bakı Şəhər İcra Hakimiyyətindən Azvision.az -a verilən məlumata görə, qəlyan çəkilməsinin bir sıra virus infeksiyaların yayılmasına səbəb olacağı barədə müvafiq xəbərdarlıqların olmasına baxmayaraq, hələ də bəzi kafe və restoranlarda bu hallara rast gəlinir. Belə ki, Səbail rayonunda “Sehirli Çıraq” kafesində, “Ağ ev” restoranında və bəzi digər obyektlərdə reydlər zamanı belə hallar aşkarlanıb. Departament rəsmiləri və hüquq-mühafizə orqanları tərəfindən belə obyektlərin sahiblərinə ciddi xəbərdarlıq edilib.

Təəssüf ki, bəzi obyekt sahibləri tərəfindən pul qazanmaq həvəsi vətəndaşların hətta öz işçilərinin və yaxınlarının sağlamlığından daha üstün tutulur. Bununla bağlı müvafiq tədbirlər və reydlər davam etdirilir.

Azvision.az

Teqlər: Reyd   Kafe   Restoran