Düşmən təxribatlarının qarşısı dərhal alınsın! - Nazir əmr verdi

  14 Mart 2020    Oxunub : 1677
 Düşmən təxribatlarının qarşısı dərhal alınsın! - Nazir əmr verdi
Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması ilə bağlı əmr verib.

Azvision.az xəbər verir ki, nazir martın 14-də keçirilən xidməti müşavirədə cəbhədəki əməliyyat şəraitini təhlil edib.
Zakir Həsənov düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədilə lazımi qüvvə və vasitələrdən istifadə edilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, intensiv döyüş hazırlığı səviyyəsinin artırılması üçün hərbi hissələrdə, əsasən ön xətdə yerləşən bölmələrdə keçirilən döyüş hazırlığı tədbirlərinin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməsi, döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat imkanlarının daha da genişləndirilməsi ilə bağlı komandir-rəis heyətinə əmr verib.

Azvision.az

Teqlər: Zakir-Həsənov   Düşmən   Təxribat