İran yardıma görə Azərbaycana təşəkkür edib

   İran yardıma görə Azərbaycana təşəkkür edib
  14 Mart 2020    Oxunub:2210
İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Abbas Müsəvi koronavirusla mübarizədə ölkəsinə göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib.

Azvision.az xəbər verir ki, Abbas Müsəvi bu barədə “Twitter” səhifəsində yazıb.
XİN rəsmisi İran xalqının və dövlətinin onun ağır günlərdə yanında olan dostlarını heç vaxt unutmayacağını bildirib.

Qeyd edib ki, Azərbaycan, Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Britaniya, Qətər və Rusiya İrana yardım edib.

Azvision.az



Teqlər: İran  





Xəbər lenti