Nazirdən ərzaq təhlükəsizliyi ilə bağlı mühüm açıqlama - VİDEO

Nazirdən ərzaq təhlükəsizliyi ilə bağlı mühüm açıqlama -  VİDEO
  14 Mart 2020    Oxunub:3854
“Azərbaycanda əhalinin gündəlik tələbat malları, o cümlədən qida məhsulları tələbatının ödənilməsində heç bir problem yoxdur”.

Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov son günlər mağazalarda müşahidə olunan kütləvi alışla bağlı məsələyə münasibət bildirərkən deyib.
Nazir qeyd edib ki, hazırda ticarət şəbəkələri, mağazalar və anbarlarda gündəlik tələbat malları, o cümlədən ərzaq məhsulları ilə bağlı kifayət qədər ehtiyat mövcuddur və panikaya heç bir əsas yoxdur.



M.Cabbarovun sözlərinə görə, iqtisadi təhlükəsizlik məsələsi daim Azərbaycan hökumətinin diqqət mərkəzində olub: “Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təmin olunması üçün ehtiyatlar mütəmadi monitorinq olunaraq qiymətləndirilir. Hazırda koronovirus təhlükəsi ilə əlaqar olaraq ölkəmizin sərhədlərində tətbiq olunan məhdudiyyətlər isə yükdaşımalara şamil edilmir”.

Azvision.az



Teqlər: Mikayıl-Cabbarov   Nazir  





Xəbər lenti