Nazir müavini Qubada vətəndaşları qəbul edib

Nazir müavini Qubada vətəndaşları qəbul edib
  15 Mart 2020    Oxunub:1343
Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşlara yüksək xidmət göstərilməsi, onların müraciətlərinə xüsusi həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin yerlərdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov Quba rayonunda Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib.

Qəbuldan əvvəl Quba rayonunun mərkəzi meydanında yerləşən ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, qeyd olunmuş məsələlərin bir qismi elə yerində həllini tapıb, digər müraciətlər üzrə isə Penitensiar Xidmətin qəbulda iştirak edən aidiyyəti məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar qəbul üçün yaradılmış rahat və əlverişli şəraitdən razılıq edib, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Azvision.az


Teqlər:





Xəbər lenti