Türkiyədən qayıdanlar üçün çarter reyslər ayrılacaq

 Türkiyədən qayıdanlar üçün çarter reyslər ayrılacaq
  15 Mart 2020    Oxunub:2441
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərin geri qaytarılması mexanizmi ilə bağlı martın 15-də əlavə məlumat veriləcək.
Bu barədə Azvision.az-a Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib.

Bildirilib ki, qeyd olunan şəxslərin Azərbaycana qayıtması üçün çarter reyslər ayrılacaq. Türkiyədən qayıdan şəxslər müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaq.

Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti