Səfirlik ABŞ-dakı azərbaycanlılara müraciət edib

 Səfirlik ABŞ-dakı azərbaycanlılara müraciət edib
  15 Mart 2020    Oxunub:2185
Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyi hazırda bu ölkədə olan Azərbaycan vətəndaşlarına müraciət edib.
Bu barədə Azvision.az -səfirlikdən məlumat verilib.

"ABŞ-da fövqəladə vəziyyət elan olunduğunu nəzərə alaraq, ABŞ-da yaşayan Azərbaycan Respublikası vətəndaşlarından Vaşinqton şəhəri və ya Los Anceles şəhərində yerləşən Azərbaycan Respublikasının müvafiq konsulluq bölmələrində qeydiyyata düşmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: ABŞ   Səfirlik  





Xəbər lenti