Bu şəxslərin Türkiyədən ölkəyə gətirilməsinə üstünlük veriləcək

   Bu şəxslərin Türkiyədən ölkəyə gətirilməsinə üstünlük veriləcək
  16 Mart 2020    Oxunub:1395
Ölkəyə qayıtmaq istəyən vətəndaşların Azərbaycan Respublikasının Ankaradakı Səfirliyi və ya İstanbuldakı Baş konsulluğunda qeydiyyatdan keçmələri xahiş olunur.
Bu barədə Azvision.az -a Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

Bildirilib ki, geri qayıtmaq üçün müraciət edən vətəndaşlar sırasında aşağıdakı hallarda üstünlük veriləcək:

- Türkiyə ərazisində müvəqqəti və ya qısa müddətli əsasda olan;

- Türkiyə ərazisindən tranzit məqsədləri üçün istifadə edən;

- "Azərbaycan Hava Yolları" ilə qarşıdan gələn günlər üzrə geri qayıtma bileti olan;

- Yaşlı, azyaşlı uşağı olan və ya xəstəlik durumu olan şəxslər.

Azvision.az


Teqlər: AZAL   Türkiyə   Koronavirus   Qərargah  





Xəbər lenti